CASSY hansı əsas bölmələri və imkanları əhatə edir?+
CASSY 6 əsas bölmədən ibarətdir: 1) Əsas Ticarət və Satış (PRO POS v2, çoxterminallı növbə, Malın Qaytarılması / İadə, Bölünmüş Ödəniş / Split Payment); 2) Anbar və Məhsullar (Yeni mal qeydiyyatı, Qalıqlar, Bitmək üzrə olanlar, Anbarlar və Rəflər, Sayım və İnventarizasiya / Reviziya, Excel İdxal/İxrac); 3) Maliyyə və Kassa (Pul dövriyyəsi, Gəlir və Mənfəət, Xərclər, Kassa sayımı / cash_counts); 4) Müştərilər və Borc Uçotu (Müştəri bazası, Alıcı nisyələri, Təchizatçılara olan biznes borcları və qeydlər); 5) Təhlil və Nəzarət (Dashboard, Analitika, Arxiv/Audit, Qiymət dəyişikliyi tarixçəsi, Sahibkar üçün Telegram-Bot); 6) Sistem İdarəetməsi (Soraqça, Bulud Sinxronizasiyası / Backup, Avtomatik yenilənmə, İşçi rolları, AZ/RU interfeys, WhatsApp Dəstək).
Bölünmüş Ödəniş (Split Payment) və Malın Qaytarılması (İadə) necə işləyir?+
PRO POS v2 kassasında müştəri eyni çeki həm nağd, həm də kart/m10 ilə ödəyə bilər (məsələn: 50 AZN-lik alış-verişdə 20 AZN nağd verir, 30 AZN-i isə kartla/m10 ilə ödəyir). Malın qaytarılması zamanı isə qəbzlə və ya qəbzsiz geri qaytarma edilir, məbləğ kassadan çıxılır və mal avtomatik anbar qalığına qaytarılır.
Sayım (Reviziya modulu), Kassa sayımı və Qiymət dəyişikliyi tarixçəsi varmı?+
Bəli! Reviziya modulu ilə anbar və mağazada faktiki mal sayımı aparıb sistem qalığı ilə tutuşdura bilərsiniz. Günün sonunda Kassa sayımı (cash_counts) vasitəsilə kassadakı əskinaslar sayılır və sistem rəqəmi ilə yoxlanılır. Qiymət dəyişikliyi tarixçəsi isə malın alış və ya satış qiymətinin nə vaxt və kim tərəfindən dəyişdirildiyini qeydə alır.
Kassir və işçilərin hüquqlarını məhdudlaşdırmaq mümkündürmü?+
Bəli. Rol və Təhlükəsizlik modulu ilə kassir yalnız satış və qaytarma əməliyyatlarını icra edir; malın maya dəyəri, xalis mənfəət, silinmələr və sistem tənzimləmələri yalnız sahibkar (Admin) üçün açıq olur.
Excel İdxal/İxrac, Bulud Sinxronizasiyası və Telegram-Bot necə işləyir?+
Hazır Excel siyahısından malları bir toxunuşla bazaya yükləyə (Import) və ya bütün hesabatları Excel-ə çıxara (Export) bilərsiniz. Bulud Sinxronizasiyası məlumatları cassy.az serveri və Google Drive ilə avtomatik ehtiyat nüsxələyir. Telegram-Bot isə sahibkara gün sonu və anlıq hesabatları birbaşa telefona göndərir.
Aylıq icarə qiyməti nə qədərdir?+
Aylıq icarə haqqı cəmi 35 AZN təşkil edir. Bundan əlavə, birdəfəlik lisenziya paketləri (CASSY Standart və CASSY PRO) mövcuddur. Qərar verməzdən əvvəl 14 gün pulsuz DEMO rejimində sınaqdan keçirə bilərsiniz.